Genital estetika

Qadınlarda genital estetik əməliyyatlar həm kosmetik, həm də funksional məqsədlər üçün həyata keçirilir. Bu əməliyyatlar düzgün texnika ilə icra edildikdə estetika ilə yanaşı pasientlərin seksual, gigiyenik, psixoloji cəhətdən rahatlaşmalarına səbəb olur.
Genital bölgə ilə bağlı ən çox görülən estetik əməliyyatlar:
Labioplastika (Kiçik və böyük dodaqların düzəldilməsi);
Cərrahi yolla vagina daraltma əməliyyatı (Vaginoplastika);
Perineoplastika (Perine bölgəsinin düzəldilməsi);
Klitoral hudoplastika (Klitor üzərində olan qatların düzəldilməsi);
Böyük dodaqların yağ dolğusu və ya hialuron turşusu ilə doldurulması;
G nöqtəsinin böyüdülməsi;
Genital PRP;
Lazerlə vagina daraltma;
Lazerlə genital bölgənin ağardılması.
Genital estetik prosedurlar və əməliyyatlar vasitəsilə uşaqlıq yolunun gəncləşdirilməsi və cinsi zövqün artırlıması, orqazm ola bilməmə probleminin müalicəsi, lazerlə yümgül dərəcəli sidik qaçırma problemlərinin müalicəsi, xarici genital bölgəyə gəncləşmə, dolğunlaşdırma müalicəsi tətbiq edilə bilər. Hal hazırda Genital estetik əməliyyatlar bütün estetik əməliyyatlar arasında ən çox tələb olunanlar siyahısındadır. Bu prosedurlar hər il ölkəmizdə və bütün dünyada minlərlə xəstəyə tətbiq olunur.