Haqqında

Binnətova Elza Yusif qızı 1979- cu ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olub. Həmin Respublikada 1-ci sinifə gedib. 1990-cı  ildən təhsilini Bakıda 96 nömrəli məktəbdə davam etdirib. 1996-cı ildə təhsilini bitirib Azərbaycan  Tibb Universitetinin müalicə-profilaktika fakultəsinə qəbul olunub. 2002-ci  ildə universiteti bitirərək Mir-Qasımov adına  Respublika kliniki xəstəxanasında internaturanı uralogiya ixtisası üzrə keçmişdir. 2003-cü ildən həmin xəstəxanada həkim uroloq olaraq fəaliyyət göstərir. Bu günə kimi Mir-Qasımov adına Respublika kliniki xəstəxanasında çalışır.  Bu illər ərzində dəfələrlə Azərbaycan həkimləri təkminləşdirmə inistutunda təkmilləşdirmə kursları keçib. 2010-cu ildə Qadın urologiyasının dərinliklərini öyrənmək  üçün İstanbul universtetinin Cərrahpaşa Tibb fakultəsində həm çalışmış həm də Qadın urologiyası və funksional urologiya üzrə  təhsilini davam etdirmişdir. 2010-cu ildə Təbriz universtetinin Tibb fakultəsində qadın urologiyası və endouralogiya üzrə praktik kurs keçmişdir.  Hər iki universitetdə rəsmi sertifikatla təmin olunmuşdur. 2013-cü ildə  Azərbaycan Tibb Universitetinin  doktoranturasına urolog ixtisası üzrə qəbul olunub. 2018-ci ildə həmin universitetin doktoranturasını bitirib və Tibb üzrə fəlsəfə doktoru elmu adını almaq üçün Veziko-vaginal fistulaların cərrahi müalicəsi və nəticələrin yaxşılaşdırma yolları adlı elmi işini elmi seminardan keçərək müdafiəyə hazırlamışdır. 2019-cu ilə qədər bir çox yerli və beynəlxalq kurslarda fəal  iştirak etmişdir. 2019-cu ildə İstanbulda  keçirilən Beynəlxalq  Estetik Ginekologiya praktik kursunun fəal iştirakçısı olmuş və beynəlxalq sertifikatla mükafatlandırılmışdır. Elza xanım 2011-ci ildən Respublika klinik xəstəxanasıyla yanaşı Modern hospitalda da fəaliyyət göstərir.