Böyrək kistaları

Böyrək kistaları böyrək toxumasında içərisi maye ilə dolu olan kütlədi. Anadangəlmə və ya sonradan əmələ gələ bilərlər.
Anadangəlmə böyrək kistalarına konjenital böyrək kistaları, simptomatik olaraq uşaq yaşlarında görülən kistalara resessiv polikistik böyrək xəstəliyi, kliniki əlamətlərini yetkin yaşda göstərən kista növünə otozomal dominant polikistik böyrək xəstəliyi deyilir. Sonradan ortaya çıxan böyrək kistaları sadə kistalar adlanır. Əlli yaşdan yuxarı olan insanların əksəriyyətində daha çox böyrək kistalarına rast gəlinir. Belə xəstələrin digər orqanlarında da kistalara rast gəlmə halları çox olur.
Ümumiyyətlə xəstələrdə böyrək kistaları kompüter tomoqrafiyası və ya ultrasəs müayinəsi zamanı aşkarlanır.
Bəsit kistalar 4 tipdə sinifləndirilib və az da olsa törəməyə çevrilmə riski var. Buna görə də daima dinamiki nəzarət altında saxlanılmalı və lazım gəldiyi halca cərrahi əməliyyatla xaric olunmalıdır.
Əlamətləri
♦️Hipertenziya;
♦️Sidikdə qan olması;
♦️Sidik yolu infeksiyaları;
♦️Böyrək çatışmazlığı;
♦️Böyrəklərə böyümə;
♦️Bel və qarın nahiyyəsində ağrılar.
Adətən 40 yaşdan sonra simptomlarını göstərməyə başlayır. Böyrək kistasından başqa xəstənin qaraciyər, dalaq və pankreasında da kistalar əmələ gələ bilir. Xəstədəki kistlar gün keçdikcə artaraq bütün böyrəyi əhatə edir, bu da, öz növbəsində, böyrək çatışmazlığına gətirib çıxarır. Xəstələrdə inkişaf edə biləcək infeksiya, hipertoniya kimi vəziyyətlərə qarşı tədbirli olmaq lazımdır.
Kliniki əlamətlər üzə çıxdıqda ölçüləri 5-6 sm olduqda və törəmə tisqi daşıdığı halda cərrahi üsulla xaric olunmalıdır. Bəsit heç bir risk daşımayan kistaların ultrasəs müayinə vasitəsilə içindəki maye boşaldılır və kista divarlarının bir-birinə yapışaraq bir daha kista içərisinə mayenin yığılmaması üçün yapışdırıcı (sklerozan) maddə yeridilir. Amma, bir iynə ilə kistanı boşaltmaq bir çox hallarda kifayət etmir. Yalnız iynə ilə boşaldıldıqdan sonra qısa müddət ərzində kista içinə yenidən kista mayesi yığılır və kista əvvəlki ölçülərinə qayıdır. kistalar həm laparoskopik həm açıq üsulla xaric oluna bilər.