Genital estetika

Genital bölgə estetikası üçün böyük dodaqların dolgusu nədir?
Qadınlarda xarici genital bölgədəki tüklərlə örtülmüş ‘Labia majora’ adlanan ‘böyük dodaqlar’ və ya ‘xarici cinsiyyət dodaqları’ zamanla yaş artdıqca kiçilir, dəri toxuması incəlir, sallanır və
beləliklə, vaxtından əvvəl yaşlanma əlamətləri yarana bilir. Böyük dodaqlarda bu büzülmənin səbəbi, bu bölgədəki piy toxumasının azalmasıdır. Buna görə, bu bölgədə dəri kıvrımları, sarkma, rəngsizləşmə, qırışlar və yaşlanma əlamətləri özünü göstərir.
İncə və büzüşmüş cinsiyyət sahəsinin geniş dodaqları, yəni “labia majora” qadınlarda bəzi estetik narahatlıqlar əmələ gətirir. Buna görə xarici dodaqlara dolğu inyeksiyaları son illərdə daha çox tətbiq olunur

Cinsiyyət orqanı dolğuları hansı məqsədlər üçün edilir?
Genital bölgənin doldurulması iki məqsəd üçün icra edilir. Bunlardan biri xarici cinsiyyət bölgəsində büzülmə, sallanma, rəngsizləşmə (solma), yaşlanma və incəlmənin aradan qaldırılmasıdır. Digəri, labioplastikaya (daxili dodaqların estetikasına) məruz qalanlarda əməliyyat zamanı daxili dodaqlarda qısalma səbəbiylə vaginanın daxili hissəsinin görünüşü ilə əlaqəli estetik problemləri və narahatlıqları aradan qaldırmaqdır.
Xarici dodaqlara necə dolğu edilir?Hialuron turşusu dolğusu

Yağ (piy)inyeksiyaları doldurulması.
Böyük dodaq dolğusu (piy) nə qədər davam edir?
Hialuron turşusu dolğusu 10-15 dəqiqəlik bir prosedurdur , qalıcılığı 1ildir getdikcə sorulmağa başlayır.
Piy inyeksiyası üçün bütün proses orta hesabla 1 saat çəkir. Prosedurdan sonra elastik bir sarğı ilə təzyiq tətbiq edərək liposuction zonasını bağlamaq kifayətdir.
Əməliyyatdan 2 gün sonra işə qayıda bilərsiniz. Bir həftə isti vanna, sauna, spa və hamamdan uzaq olmaq tövsiyə olunur. Bir ay ağır idman, fitness və cinsi əlaqədə olmaq qadağandır.
Bu əməliyyatların hansı riskləri vardır?
Düzgün əməliyyat texnikası ilə tətbiq edildikdə, bu prosesin fəsad dərəcələri demək olar ki, yoxdur. Ən çox görülən ağırlaşmalar qanaxma və infeksiyadır. Bu prosedur qızlıq pərdəsinə, gələcəkdə hamilə qalmağa və ya hamiləlik müddətinə, normal doğuşa təsir göstərmir. Əməliyyatdan sonra ümumi gigiyena qaydalarına əməl etmək kifayətdir.

Böyük dodaqlara yağ doldurma nə qədər qalıcıdır?
Labia majora doldurulduqdan sonra adətən 50% -ə çatmaq üçün ilk 6 ayda verilən yağ toxuması özü əriyib yox olur. Bununla birlikdə, liposaksiya ilə alınan və sonradan verilmiş yağ inyeksiyasının bir az çox olması, qalan yağ miqdarının kifayət qədər olmasını təmin edəcəkdir. Qalan yağ toxuması ətrafdakı damarlardan qidalanaraq davamlılığını davam etdirəcəkdir.