Sidik kisəsinə botoks inyeksiyası

Sidik kisəsi böyrəklər tərəfindən ifraz edilən sidiyin toplandığı boşluqlu, əzələlərdən ibarət olan bir orqandır. 400-500 ml sidiyi içərisində saxlaya bilir və ortalama olaraq yarı dolu hala gəldikdə insanda sidiyə çıxma istəyi yaranır. Amma gündə 8 dəfədən az, gecə vaxtı isə 1 dəfə və ya heç sidiyə çıxmamaq normal hal olaraq qəbul edilir. Hiperaktiv sidik kisəsi sindromu gecə tez-tez sidiyə çıxma istəyi və sidik saxlaya bilməmək kimi fiziki vəziyyətlərə, gün ərzində diqqət dağınıqlığı, nəticəsiz çalışma, stress, sosial əlaqələrin zədələnməsi kimi psixoloji hallara da səbəb ola bilər.
Hiperaktiv sidik kisəsi sindromunun səbəbləri nələrdir?
Xəstəliyin səbəbi aparılan saysız araşdırmalara rəğmən tam olaraq bilinmir. Ancaq bu xəstəliyin əzələlərdən (myojeniki), sinirlərdən (nevrioloji) və ya birlikdə hər ikisindən qaynaqlanmış olduğu düşünülür.
Hiperaktiv sidik kisəsi sindromunun simptomları nələrdir?
Qəfil sidiyə çıxma istəyi, sidiyi saxlaya bilməmək və ya qaçırmaq, gün ərzində və gecə normadan çox sayda sidiyə çıxmaq, gecə çox sidiyə çıxmaq kimi əlamətlərlə özünü büruzə verir.
Hiperaktiv sidik kisəsi sindromunun müalicəsi necə aparılır?
Hiperaktiv sidik kisəsi sindromunun müalicəsində ilk olaraq tətbiq olunan üsul xəstənin həyat tərzində edilən dəyişikliklərdir. Maye qəbulunun stabilləşdirilməsi, alkoqol və kofein qəbulunun azaldılması, çəkinin idarəolunması, pelvik daban əzələlərini gücləndirən məşqlərin edilməsi və s
Hiperaktiv sidik kisəsi sindromunun müalicəsi zamanı yaşayış tərzi dəyişikliklərin və ya dərmanlı müalicələrin yetərli olmadığı hallarda cərrahi əməliyyatlar daha üstün tutula bilər. Ən çox tətbiq olunan cərrahi üsullardan biri də Sidik Kisəsi Botoksudur.
Kisəyə botoksun inyeksiya olunması 30 dəqiqə çəkir. Sistoskop ilə kisə divarının lazımi yerlərinə botulinum toksin, yəni botoks, inyeksiya edilir.
Tətbiq sonrasında xəstə dərhal ayağa qalxa bilir və xəstəxanada qalmağa ehtiyac qalmır. Bu tətbiqin təsiri zamanla azalır və 6-9 ay sonra müalicənin təkrar edilməsinə ehtiyac görülür. Gutentor Advanced Text