Interstisial sistit


Interstisial sistit kisədaxili təzyiqdə yüksəlmə, sidik kisəsi ağrıları və bəzən, çanaq ağrısına səbəb olan xroniki bir xəstəlikdir. Ağrı yüngül narahatçılıqdan şiddətli ağrıya doğru dəyişə bilər. Interstisial sistit ağrılı sidik kisəsi sindromu olaraq bilinən vəziyyətdir. Pelvik ağrı, tez tez sidiyə çıxma məcburiyyəti, çağırışın olması ( pelvik pain, freguency, urgency) əsas əlamətləridir. Xəstə gün ərzində bəzən 40-50 dəfə sidiyə çıxma məcburiyyətində qalır.
Sidik kisəsi sidiyi içində saxlayan, içi boş, əzələli bir orqandır. O, dolarkən genişlənir və daha sonra pelvik sinirlər vasitəsilə beynimizə boşalma vaxtının gəldiyini xəbər verir.
Simptomlar:
Interstisial sistitin əlamətləri və simptomları hər insanda fərqli olur və zamanla menstruasiya, uzun müddət bir yerdə oturma, stress, məşq, cinsi fəaliyyətdən asılı olaraq dəyişə bilər.
♦️Pelvisdə və ya qadınlarda vagina ilə anus arasında ağrı;
♦️Xroniki pelvik ağrı;
♦️ Davamlı sidiyə çıxma ehtiyacı hissi;
♦️Gündüz və ya gecə (gün ərzində 60 dəfəyə qədər) tez-tez az miqdarda sidiyə çıxmaq
♦️Sidik ifrazından sonra ağrı və ya narahatlıq hissi;
♦️Cİnsi əlaqə zamanı ağrı.
Səbəbləri
Interstisial sistitinin dəqiq yaranma səbəbi hələ də bəlli deyil, lakin bir çox amilin buna təsir göstərdiyi ehtimal olunur. İnterstisial sistitli insanlarda kisənin qoruyucu qatında, yəni epitelində, onun Gag təbəqəsində zədələnmə olur sidik kisəsinin əzələ divarına doğru sanki çartlar yaranır, nəticədə sidiyin tərkibində olan zəhərli maddələr kisənin divarını qıcıqlandırır.
Risk amilləri:
Cinsiniz.
Qadınlara kişilərə nisbətən daha çox interstisial sistit diaqnozu qoyulur.
Dəri və saç rənginiz.
Açıq rəngli dəri və qızılı rəndə saçların olması interstisial sistitin yaranma riskini artıran səbəblərdən biridir.
Yaş
İnterstisial sistit diqanozu əksər hallarda 30 və yuxarı yaşda olan insanlara qoyulur.
Xroniki ağrı
İnterstisial sistit qıcıqlanan bağırsaq sindromu, yəni fibromiyalgiya kimi xroniki ağrı ilə əlaqəli ola bilər.
Diaqnostikası üçün digər sidik kisə patologiyaları inkar olunmalıdır.
Sistoskopiya zamanı iki ulserativ və qeyri ulserativ forması aşkarlanır.