Dizuriya sidik ifrazı prosesinin pozulduğunu ifadə edən

Dizuriya sidik ifrazı prosesinin pozulduğunu ifadə edən ümumiləşdirilmiş bir termindir. Dizuriya uroloji pproblemlırdən başqa ginekoloji xəstələrin 30-35%-də müşahidə olunur və cinsiyyət orqanlarının iltihabı, bədxassəli və xoşxassəli şişlər, genital endometrioz, uterus (uşaqlıq) və vaginal divarların prolapsı kimi xəstəliklərin fonunda da yaranır. Sidik pozğunluğu ginekoloji patologiyaların simptomu ola bilər (məsələn, kəskin sidik gecikməsi bəzi hallarda uterus (uşalıq) miomasının ilk və tək əlaməti kimi çıxış edə bilər).
Dizuriyanın səbəbləri müxtəlifdir və onlar dörd böyük kateqoriyaya bölünə bilər:
♦️Nefroloji və uroloji
♦️Ginekoloji/androloji
♦️Nevrloji
♦️Endokrinoloji
Burada ginekoloji/androloji problemlərə aşağıdakılar aiddir:
♦️ İltihabsız genital xəstəliklər (şişlər, prolaps (sallanma), anadangəlmə qüsurlar)
♦️Sidik-cinsiyyət orqanlarının iltihabi xəstəlikləri (sistit, vulvit, endometrit)
♦️Prostat vəzi xəstəlikləri (prostatit, adenoma)
Sidik kisə sallanmaları (sistosel) Uterus prolapsus (uşaqlıq sallanması) sidik pozğunluqlarına səbəb olan amillərdən biridir. Bu xəstəliklərin cərrahi əməliyyatından sonra sidik ifrazı zamanı çətinlik çəkmə və ya sidik gecikməsi kimi problemlər yoxa çıxa bilər, lakin bəzən daha öncə mövcud olmayan bir problem üzə çıxır – bu sidik saxlamamazlığıdır. Bu gün sübut olunmuşdur ki, sidiyin qeyri-ixtiyari şəkildə qaçırılması uzun müddət davam edən və ya akuşer köməyi ilə həyata keçirilən çətin doğuşlardan sonra meydana gələ bilir. Patoloji doğuş zamanı çanaq dibi əzələlərinin, sidik-cinsiyyət diafraqmasının travma aldığı qadınlar sidik qaçırmadan əziyyət çəkirlər. Yalnız patoloji doğuş nəticəsində, akuşer yardımı səhv göstərildikdə bu vəziyyət yaranır. Dizuriya fiziki güc və hormonal pozuntuların təsiri ilə daha da irəliləyir.